Məscidlər

Hər hansı xalqın müəyyən ərazidə varlığını təsdiqləyən əlamətlərdən biri onlara məxsus dini ibadətgahların mövcud olmasıdır. Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində mövcud olmuş məscidlərin hər biri bir memarlıq nümunəsi idi. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılmışdır.
İslami dəyərlərin həyat normasına çevrildiyi qədim İrəvan şəhərində onlarla məscid mövcud olsa da, gah aramsız müharibələr, gah da tez-tez baş verən zəlzələlər nəticəsində onların bir çoxu tamamilə yer üzündən silinmişdir. İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında həm müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahların, həm də Rusiya işğalından sonra İrəvan şəhəri haqqında yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür.
Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinmişdir.
1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi.
Məşhur fransız səyyahı Jan Şardən 1673-cü ildə İrəvanda olmuş və şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid haqqında məlumat vermişdir. O, bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur) məscidi adlandırıldığını yazır. [255] J.Şardəni İrəvan səfərində müşayiət edən rəssam Qrelonun çəkdiyi qədim qüllənin (türbənin) şəklində arxa planda daha iki möhtəşəm məscidin minarələri təsvir edilmişdir, hansı ki, indi onların heç birindən əsər-əlamət qalmayıb. Erməni tarixçisi Tatevos Hakopyan 1971-ci ildə İrəvanda erməni dilində çap olunan “İrəvanın tarixi (1500-1800)” monoqrafiyasında qeyd edir ki, çox güman ki, Div Sultan məscidi günümüzədək gəlib çatan Göy məscidin yerində olmuşdur və 1679-cu il zəlzələsi zamanı dağılmışdır. [256]
1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dyubua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” 6 cildlik əsərində İrəvan qalasını və Göy məscidi ətraflı təsvir etmişdir. Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Göy məscidin rəsmi hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən mükəmməl sənət əsəri olduqlarını əyani nümayiş etdirir. Həmin rəsmlər müəllifin adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü hissəsində yer almışdır. Qravüraçı Erkül Nikole Dyubua de Monperenin çəkdiyi rəsmlərin qravüralarını hazırlamışdır. [257]

Sərdar məscidi

Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə ir_289tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir. [258]
Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir. Erməni müəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” əsərində P.Uvarovadan sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır. P.Uvarovaya istinadən Y.Şahəziz yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunları, iç divarları, çoxsaylı digər günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir. P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq səma ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındakı tünd mavi lövhə üzərində ərəb əlifbası ilə ağ rənglə mətn həkk olunduğunu, divar sütunları üzərində ucalan minarələrinin üzərinin kvadrat şəkilli tünd mavi və açıq mavi kaşılarla bəzədildiyini qeyd etmişdir.
Daha sonra P.Uvarovanın dili ilə Y.Şahəziz yazır ki, Sərdar məscidinin önündə Şərq ənənəsinə uyğun, hər iki tərəfində hücrələrinin izləri hələ də qalan geniş həyətdə daha bir kiçik yay məscidi yerləşir. Hansı ki, adətən bu tip yay məscidləri Şərqdə əsas tikilinin qarşısında, üzü şimala doğru tikilir. Bundan əlavə, P.Uvarova həmin həyətin ortasında müsəlmanların yuyunması üçün tikilən hovuzdan 1870-ci ilədək istifadə edildiyini qeyd etmişdir [259] 
ir_286İmperator Arxeoloji Komissiyasının qərarına əsasən 1911-ci ildə professor Nikolay Marr İrəvan xan sarayına baxış keçirmiş və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini təsvir etmişdir. N.Marr İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında etdiyi məruzəsində yazırdı: “Məscid indi də yaxşı vəziyyətdədir, lakin onun qorunması üçün heç bir tədbir görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşməsinə xidmət edir. Bununla belə, o, yerli müsəlman mədəniyyətinin qiymətli irsidir: günbəzin içərisində çevrəsi boyunca ərəb hərfləri ilə kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə üslubludur. Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək olardı.” [260]
Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır.
Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan SSR-in ir_383müsəlman kitabələri” adlı məqaləsində göstərilir ki, Qalanın içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (yəni Sərdar məscidi-N.M.) yarıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır. O, həmin məscidin böyük həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazır. İ.Əzimbəyov məsciddə ibadət edilmədiyini qeyd edir. O, məscidin divarındakı kitabədə fars dilində yazılmış aşağıdakı iki misrasını oxuduğunu qeyd edir:
Zamane şah Abbas cənnətməkan, 
Əz u kəşt abad mülke – cahan.
İ.Əzimbəyov həmin məqaləsində daha sonra yazır ki, həmin vaxt Məşədi Cabbar adlı şəxs ona yaxınlıqda Şah Abbas məscidindən daha qədim bir məscidin olduğunu və onun şah Xudabəndə (Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə (1532-1595)) tərəfindən inşa edildiyini söyləmişdir. Müəllif evlərin arasında aşkar edilən həmin köhnə, bərbad vəziyyətdə olan  məscidin divarlarının uzunluğunun 9 m, eninin 6 m olduğunu, alçaq mehrablı, qırmızı kərpicdən inşa edildiyini qeyd edir İ.Əzimbəyov çıxış qapısının üzərindəki kitabədə əbcəd hesabı ilə
Sənge tarixe çu məqsud şod əz dur zəman, 
Kordən xədid be tarixe qədim Əhməd xan
ir_011yazıldığını və onun 1098-ci il hicri tarixində – yəni miladi tarixi ilə 1685-ci ildə inşa edildiyinin göstərildiyini yazır. [261]
P.Uvarova ilə İ.Əzimbəyovun təsvirlərindən aydın olur ki, söhbət eyni bir məsciddən – yəni Sərdar məscidindən və onun yaxınlığındakı kiçik məsciddən gedir.
1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.

Rəcəb paşa məscidi

1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə ir_384bəzədilmişdi. İrəvan qalasının 1827-cil oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan “Allahsızlar” kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də yer üzündən silinmişdir.
İrəvan şəhərinin Rusiya işğalından sonra kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, yuxarıda qeyd etdiyimiz kimi, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir. Şopen qaladakı məscidlərdən birinin silah anbarına, digərinin isə mağazaya çevrildiolmaqyini yazır. Sərdar məscidinin silah anbarına çevrildiyini yuxarıda qeyd etmişdik. Mağazaya çevrilən ikinci məscid isə görünür, Sərdar məscidinin yaxınlığında yerləşən yay məscidi olmuşdur. İ.Şopen qalan 6 məscidin adlarını belə sadalayır: Zal xan, Novruzəli bəy, Sərtib xan, Hüseynəli xan, Hacı İmamverdi və Hacı Cəfər bəy məscidləri.Bunlardan əlavə, İ.Şopen şəhərdə yarıdağılmış vəziyyətdə bir neçə məscidin də olduğunu bildirir. [262]
1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi. [263]
Erməni tədqiqatçısı M.Qasparyan göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində mövcud olmuş məscidlərdən Göy məscid, Hacı Hüseyn və Şəhər (Zal xan) məscidləri Könhə şəhər (Şəhri) massivində, Təpəbaşı məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidləri isə Dəmirbulaq massivində yerləşmişdir.[ 264]
1918-1920-ci illərdə tarixi Azərbaycan ərazisində qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar.
1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edilməsindən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı.

Göy məscid

İsa Əzimbəyov yuxarıda adı çəkilən məqaləsində Göy məsciddə gördüklərini ətraflı təsvir etmişdir. O, məscidin iki ayrı korpusdan – qış və yay korpuslarından ibarət olduğunu, qış korpusunun kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların isə mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını yazır.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin ir_110siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Zal xan məscidinin 1649-1685-ci illərdə, Göy məscidin 1776-cı ildə, Sərdar məscidinin 1807-1817-ci illərdə, Hacı Cəfər bəy məscidinin isə XVIII əsrdə inşa edildiyi göstərilmişdir. [265]
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, Hüseynəli xanın hakimiyyəti dövründə 1765-ci ildə başa çatdırılmışdı. .
İrəvandakı mərkəzi örtülü bazarla üzbəüz yerləşən həmin məscid öz kompozisiyası və əsas ibadətxanasının formasına görə 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyirdi. Onun ölçüləri 97,2 x 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi. [266]
Təkcə Göy məsciddə deyil, İrəvandakı bütün məscidlərdə ibadət üçün ayrıca qadın və kişi zalları olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı. İbadət zallarının tavanı və divarları adətən gül rəsmləri ilə bəzədilirdi. Məscidlərin divarlardan və sütunlardan kişmir parçadan güllər düzəldilib asılırdı.
ir_389Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (1500-1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapı şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü. ir_102Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu. [267]
1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç səfərləri haqqında 1901-ci ildə Londonda çap etdirdiyi kitabında şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Göy caminin, Hacı Nəsrullah (bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi çəkilir) bəy məscidinin və Şəhər camisinin adlarını çəkir. Göy məscid haqqında ətraflı məlumat verən Linç, onun minarələrinin, həyətindəki hovuzun və fasadının foto şəkillərini kitaba daxil etmişdir. [268]
ir_114Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas olunmuşdu. 1936-cı ildən Göy məscidin binasında İrəvan səhər tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət eyni zamanda hərbi sursat anbarı kimi istifadə edilmişdi. ir_135Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi ir_106məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (Müharibə veteranları və şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Zal xan məscidi

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H.Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək ir_126sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi, yaxud isə Şəhər məscidi adlandırmışdır. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir.
İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir. [269]

Təpəbaşı məscidi

ir_385ir_269Təpəbaşı yaşayış massivində yerləşən məscidinin minarəsi 1960-cı illərdə uçmuşdur. Divarlarının qalınlığı 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. İndi həmin çayxana da yoxdur. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər. Bəzi məlumatlara görə, həmin məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir. Onun evi də həmin məhəllədə olmuşdur. Hazırda dağıdılmış vəziyyətdə olan Abbasqulu xanın evini hələ də ermənilər “Xanın evi” adlandırırlar.

Dəmirbulaq məscidi

Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və ir_042Dəmirbulaq məscidi. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi – Hacı Novruzəli bəy və Körpüqulağı məscidləri 1930-cu illərdə İrəvan şəhərinin baş planının qurbanı olmuşlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Hacı Cəfər bəyin tikdirdiyi Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Arxitektura baxımından belə məscidlər adətən “Güldəstə” məscidləri tipinə aid edilir. Sonralar yerləşdiyi məkanın adına uyğun olaraq, həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır. Ermənistan SSR Nazirlər Sovetinin yanında Erməni Kilsələri Şurasının 17 avqust 1981-ci ildə verdiyi arayışda ir_418Babayev Əkbər Cəfər oğlunun Dəmirbulaq məscidinin icraiyyə orqanının sədri olduğu göstərilmişdir. Həmin orqanın 2 iyun 1985-ci ildə verdiyi digər arayışda Myasnikyan rayonu, Nərimanov küçəsi-145 (hazırda Vardanans küçəsi) ünvanında yerləşən Dəmirbulaq məscidi üçün siqnalizasiya quraşdırılması məsələsi qaldırılmışdır.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki  Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. Lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divarlarını rəngləmişdilər ki, yanğının izləri ört-basdır edilmiş olsun.
ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs etmişdir. R. Kullen yazır ki, bir gecə İrəvanda dostu onu apararaq Qnuni küçəsindəki 22 №-li evin arxasında bir qalaq zibilliyi göstərmişdir. Dostu pıçıltı ilə R. Kullenə söyləmişdi ki, hələ Ermənistanda azərbaycanlılar yaşadığı zaman həmin yerdə onlara məxsus sadə məscid olmuşdur. R. Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi linglə uçurmuş, sonra isə buldozerlə yerlə bir etdiklərini dostu ona söyləmişdi[270]
Britaniyalı tədqiqatçı Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır: “İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli yaşayış evinin arxasinda yerləşir. Dar daş pilləkənlər məni ətrafı paslanmış qarajlar, kərpic və qum qalaqlarından ibarət boş bir məkana gətirib çıxartdi. Mən demək olar ki, əmin idim ki, məhz bu məkanda nə vaxtsa İrəvan azərbaycanlılarının istifadə etdiyi məscid dayanmışdı. Lakin həmin məscidin bəxti gətirmədi: onu “fars” məscidi hesab etməyərək (müəllif burada “fars məscidi” adı altında “bərpa edilən” Göy məscidi nəzərdə tutur – N.M.) uçurmuşdular.
ir_329Bu məkan çox acınacaqlı və baxımsız bir yer təəssürat yaratdığı üçün məndə şübhə oyatdı: bəlkə mən ünvani səhv salmışam. Pilləkənin aşağısında güllü paltarda açılıb-qatlanan stulda bir qarı oturmuşdu. “Burada nə vaxtsa məscid olmuşdu?” – yuxardakı meydançanı göstərərək, mən ondan soruşdum.
- Hə, olub, – o, cavab verdi.
- Bəs onunla nə baş verdi?
- Biz ona axırıncı günə qədər əl vurmadıq, o vaxta qədər ki, onlar Bakıdakı erməni kilsəsini dağıtmamışdılar.
Mənə elə gəlir ki, o, 1990-cı ilin əvvəlindəki hadisələri nəzərdə tuturdu.
- Bəs siz onu niyə dağıtdınız?
- Onu niyə saxlamalıydıq ki?- o, çiyinlərini oynatdı. – Biz xristianıq, onlar müsəlman. Azərbaycanla problemlər başlayan kimi, bizim ermənilər gəlib onu 3 günə dağıtdılar. Onlar xüsusi texnika gətirdilər, adını da bilmirəm hansı ki, bax belə edir – və o, ovucunu yelləyərək buldozerin hərəkətlərinə oxşadırdı…
Mən ehtiyatla bildirdim ki, tikililərdən insanların əməllərinə görə qisas alınmamalıdır.
- Doğrudur, divarları günahlandırmaq olmaz – deyə, qadın mənimlə razılaşdı. Ancaq onlar (yəni erməni vandalları-N.M.) hər şeyə qarşı müharibə aparırlar…”. [271]
ir_386Görünür, ermənilər İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı məscidini sökmək üçün mitinqlərin birində şayiə yaymışlar ki, guya azərbaycanlılar Bakıda erməni kilsəsini sökmüşlər. Bakıda söküldüyü söylənilən erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq iştirakçılarını qızışdıraraq Dəmirbulaq məscidini sökməyə göndərmişlər. Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlı yeksan etmişdilər.
Bakıdakı erməni kilsəsinin sökülməsi xəbəri məqsədli şəkildə yayılmışdı ki, Ermənistan ərazisində qalan azərbaycanlılara məxsus mədəni irsin yer üzündən silinməsinə ermənisayağı bəraət qazandırılsın. Ermənistanın Azərbaycana hərbi təcavüzündən keçən 20 ildən artıq müddətdə nəinki Bakıda mövcud olan yeganə erməni kilsəsi dağıdılmış, tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edilir.
İrəvan şəhərini 1988-ci ildə tərk edən sakinlərin ifadələrinə görə, hazırda Nar-Dos küçəsindəki fransız məktəbinin yaxınlığında köklü irəvanlıların “Həzrət Abbas ocağı” adlandırdıqları pir mövcud olmuşdur. Çəpərə alınmış həmin ocağın içində qara daş var idi. Nəinki azərbaycanlılar, hətta işi müşkülə düşən ermənilər belə, həmin ocağa gələr, niyyət tutar, nəzir-niyazlarını ocağın içinə qoyub gedərdilər. Nar-Dos məktəbi inşa edilərkən şəhər rəhbərliyi həmin ocağı sökmək qərarına gəlir. Ekskavatorla söküntü aparan sürücünün başına qəfildən daş düşüb ölməsindən sonra sökmə işləri ir_340dayandırılmış və onun ətrafına sonradan çəpər çəkilmişdi. Həmin ocaqdan da indi əsər-əlamət yoxdur.
İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən biri də əvvəllər Əzizbəyov meydanı, hazırda Saxarov meydanı adlandırılan meydanın arxasındakı Tumanyan küçəsində yerləşən mədrəsədir. Görünür, vaxtilə həmin yerdə mövcud olmuş məscid sökülsə də, onun mədrəsəsindən bu gün də yaşayış evi kimi istifadə edilir. Lakin nədənsə, həmin mədrəsə İrəvan şəhərinin tarixi-memarlıq abidələrinin siyahısına daxil edilməmişdir.
Ermənilərin İrəvan şəhərindəki azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə düşmən münasibət göstərməsini 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra, həmin ilin sentyabrın 29-da İrəvana səfər edən Rusiya hüquq müdafiəçiləri Viktor Sokiro və Lidiya Tkaçenko öz hesabatlarında əraflı bəhs etmişlər. V.Sokiro Göy məscidin mədrəsəsində fəaliyyət göstərən İrəvan tarix muzeyində onun əməkdaşı Qarik adlı şəxslə rastlaşır. Müəllif həmin görüşü belə təsvir edir: “Mənim üçün bu görüş ona görə yaddaqalan olmuşdu ki, mən görüş zamanı ermənilərin nəinki azərbaycanlılara, hətta müsəlmanlara, həm də onların abidələrinə olan açıq dözümsüzlüyünü aşkar etdim. Mədrəsə və məscid çox gözəl idi. Əvvəlcə yoldan keçən birisi “müsəlmanlara” məxsus abidələrin şəklini çəkdiyim üçün tənbeh etdi. Sonra isə Qarikin “Bütün bu məscidləri sökmək olardı, heyf ki, indi olmaz, qalmaqala səbəb olar” sözləri məni “mat qoydu”. Biz nə qədər çalışsaq da izah edək ki, bu, bəlkə də İrəvan xanlığından qalan misilsiz yadigarın bir parçasıdır, Qarikin heç eyninə də deyildi… Bax, bunları görərək biz “mədəni soyqırımin” təhlükəsini hiss etdik. Gürcülərdə müsəlman abidələrinə belə bir dözümsüzlüyü biz görmədik, heç azərbaycanlıların da kilsələrə qarşı nifrətləri yoxdur…” [272])
Doğrudan da, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı sözün həqiqi mənasında mədəni soyqırım həyata keçirilmişdir.
2003-cü il oktyabrın 6-da Ermənistan Respublikasının xarici işlər naziri Vardan Oskanyan İrəvanda keçirdiyi mətbuat konfransında tarixi saxtalaşdıraraq bildirmişdi ki, İrəvanda heç vaxt 6 məscid olmamışdır, guya cəmisi üç məscid olmuşdur ki, onlardan biri 1930-cu illərdə sökülmüş, digəri tramvay parkına çevrilmiş, Göy məscid isə erməni ziyalılarının səyləri sayəsində sökülməkdən qurtulmuşdu, çünki onu da bolşeviklər soküləsi tikililərin planına daxil etmişdilər. V.Oskanyanın həmin mətbuat konfransında söylədiyi yeganə həqiqət ondan ibarət olmuşdu ki, o, Göy məscidin İrəvan şəhərində ən qədim tikili olduğunu etiraf etmişdi. Doğrudan da, İrəvan şəhərində ermənilərə məxsus tikililər, o cümlədən də bir-birinin ardınca inşa edilən erməni kilsələri yalnız İrəvan şəhərinin XIX əsrin əvvəlində rus qoşunları tərəfindən işğalından sonra meydana çıxmışdır.
1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin İrəvandakı “Edelson” mətbəəsində “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabında göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir. [273]
Yuxarıda qeyd etdiyimiz kimi, İrəvan şəhərinin texniki B.Mehrabovun XX əsrin əvvəlində tərtib etdiyi İrəvan şəhərinin tarixi-memarlıq abidlərinin siyahısında 8 məscidin adı çəkilir. 1909-cu ildə Hacı Müzəffər ağanın Dəmirbulaqda tikdirdiyi məscidi və İrəvan qadınlar klubunun yaxınlığında yerləşən Əsəd ağanın tikdirdiyi məscidi də nəzərə alsaq, deməli, 1918-ci ildə İrəvan quberniyası ərazisində erməni dövləti qurulanadək İrəvan şəhərində azı 10 məscid mövcud olmuşdur. Bütün bu faktlar Ermənistan xarici siyasət idarəsinin başçısının öz hökuməti adından nə qədər yalan məlumat verdiyini göstərir.
Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli azlıqlara məxsus olan və Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısını Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos küçəsi-12 ünvanında yerləşən Göy məscidin və Xorhrdarani küçəsi-40 ünvanında yerləşən məscidlərin adları daxil edilmişdir. Qeyd edilən siyahıda Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qəfəsinin (skeletinin) qorunduğu qeyd edilmişdir. Halbuki, təqdim etdiyimiz şəkildən də göründüyü kimi, hazırda Sərdar məscid-kompleksindən yalnız onun bir divarının 2-3 metr enində, 3-4 metr hündürlüyündə kiçik bir parçası qalmışdır. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu yaşayış kompleksi inşa etmişdir. [274]
XIX əsr Avropa və rus səyyahlarının və tədqiqatçılarının möhtəşəm və nadir memarlıq nümunəsi adlandırdıqları İrəvan qalasındakı Sərdar məscid-kompleksindən bir ovuc xarabalığın qalması “mədəni” ermənilərin həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.
Nəinki İrəvan şəhərində, ümumiyyətlə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus məscidlərin və digər dini ibadət yerlərinin yer üzündən silinməsinə görə Ermənistan dövlətindən haqq-hesab çəkilməlidir.