İrəvan qalası

İndi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Bu qalaların içərisində ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər.
İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan şəhərini ələ keçirmişdir. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi yazır ki, Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur. [223]
İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur. İrəvan qalası Səfəvilərlə Osmanlılar arasında gedən müharibələrdə 14 dəfə əldən-ələ keçmişdir.
1514-cü ildə Səfəvi hökmdarı Şah İsmayılla Osmanlı hökmdarı Sultan Səlim arasında Çaldıranda gedən döyüşdən sonra Səfəvilərin məğlubiyyəti nəticəsində İrəvan qalası türklərin əlinə keçir və 7 il osmanlıların hakimiyyəti altında qalır. 1521-ci ildə Sultan Səlimin vəfatından sonra Şah İsmayıl İrəvanı türklərin əlindən geri alır. 1534-cü ildə İrəvan qalası yenidən türklərin əlinə keçir və 1551-ci ildə Şah Təhmasibin dövründə səfəvi qoşunları şəhəri yenidən azad edirlər. 1554-cü ildə Sultan Süleymanın Cənubi Azərbaycana yürüşü zamanı İrəvan qalası yenidən türklərin əlinə keçir. Türk tarixçisi İbrahim Peçevi yazır ki, miladi təqvimi ilə 19 iyul 1554-cü ilə təsadüf edən tarixdə türk qoşunları, sözün həqiqi mənasında İran ölkəsinin ürəyi olan Rəvan şəhərinə daxil olmuş, xanların, sultanların saraylarını, parkları, bağları, xüsusən də “Bağ-i sultaniyyə” adlanan cənnətəbənzər bağı yandırmış və yerlə bir etmişdir. [224]
ir_1941555-ci ildə osmanlılarla səfəvilər arasında bağlanan sülh müqaviləsinə əsasən İrəvan yenidən Səfəvilərin hakimiyyətinə qayıtmışdır. 1579-cu ildə İrəvan xanı Toxmaq xanın (əsl adı Məhəmməd xandır) hakimiyyəti dövründə Osmanlı qoşunlarının baş komandanı Lələ Mustafa paşanın komandanlığı altında türk qoşunları İrəvan qalasına hücum edərək onun daşını daş üstə qoymamış, qala içərisində olan bütün tikililəri yerlə yeksan etmişdi. Sonra iki dövlət arasında bağlanan müqaviləyə əsasən türk qoşunları İrəvan əyalətini tərk etmiş, Toxmaq xan qısa müddətdə bütün dağıntıları aradan qaldıraraq İrəvanı yenidən abad diyara çevirmişdi.
1583-cü ildə Sulan III Murad xanın dövründə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalası üzərinə hücum etmiş və onu döyüşsüz ələ keçirmişdi. Fərhad paşa qalanı ələ keçirdikdən sonra müdafiə qurğularının tikintisinə başlamışdı. O, İrəvan qalasını yenidən inşa etdirərək daha da genişləndirmişdi. Ö.Çələbi yazır ki, Osmanlı əsgərlərindən ibarət 150 minlik ordu 45 gün ərzində Zəngi çayının sahilində qalanı yenidən tikib, 40 gün müddətində lazım olan sursat və hərbi ləvazimat ilə təchiz etdirmişdi. [225] Sonralar İrəvan qalası yenə də dəfələrlə əldən-ələ keçsə də, Fərhad paşanın tikdirdiyi qala divarları bütün hücumlara tab gətirmişdi.
1604-cü ildə 8 aylıq mühasirədən sonra I Şah Abbasın qoşunları İrəvan qalasını türklərdən geri almışdı. 1635-ci ilin avqustunda IV Sultan Muradın qoşunu 9 günlük mühasirədən sonra İrəvan qalasını ələ keçirir. Artilleriya zərbələri nəticəsində qala divarları, onun qüllələri, müdafiə qurğuları ciddi dağıntılara məruz qalır və İrəvan xanı Təhmasibqulu xanın sarayı yerlə yeksan edilir. Təhmasibqulu xan əsir alınaraq İstanbula göndərilir. Qalada 15 minlik türk qarnizonu yerləşdirilir. 1639-cü ildə Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında imzalanan Qəsri-Şirin müqaviləsinə əsasən iki dövlət arasında sərhəd qərbi Arpaçaydan müəyyən edilmiş, bununla da təqribən 80 il sakitlik hökm sürmüşdü.
ir_154Fransız səyyahı Jan Tavernye 1655-ci ildə İrəvanda olmuşdur. Yol qeydlərinə əsasən yazdığı kitabında Tavernye İrəvan şəhərini və qalasını təsvir etmiş, şəhərin planını öz əsərinə daxil etmişdir. Tavernyenin yazdığına görə, Zəngi çayının sahilindəki təpədə salınan, 5 qülləyə və möhkəm müdafiə divarlarına malik olan İrəvan qalasının şimal tərəfə açılan bir darvazası olmuşdur. Tavernye qalanın sakinlərinin yalnız müsəlmanlarda ibarət olduğunu yazmışdır. [226]
1673-cü ildə İrəvanda olmuş fransız səyyahı və kolleksioneri Jan Şardən İrəvan qalasını belə təsvir etmişdir: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar… Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir… Qalanın şimal tərəfində təpədə kiçik bir qala da vardır. Aralarındakı məsafə min addım olar. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir. Orada iki yüz adam yerləşə bilər. Onun adı Keçi qalasıdır.” [227]
1679-cu ildə Zal xanın hakimiyyəti dövründə İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini, həmçinin qala divarlarının bəzi yerlərini uçursa da, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. Zəngi və Qırxbulaq çaylarından saxsı tünglər vasitəsilə qalaya su kəmərləri çəkilmişdi.
Avropa və Rusiya səyyahlarından Moritz fon Kotzebue, Avqust fon Hakshauzen, Ceyms Morier, Dübua de Monpere, Henri Linç və başqaları da müxtəlif vaxtlarda İrəvanda olmuş, İrəvan qalasını və onun içərisində olan Xan sarayını, onun Güzgülü salonunu, qaladakı məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
İrəvan qalası şəhərin 4 massivindən biri idi. Qala ilə digər yaşayış massivləri (Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı və Dəmirbulaq) arasında Bazar meydanı yerləşirdi.
XVIII əsrin əvvəllərində I Pyotrun Qafqaz üzərindən isti dənizlərə və Hindistana çıxmaq arzusunun olduğunu bilən ermənilərin nümayəndəsi İsrael Ori Rusiya çarına göndərdiyi məktubunda İrəvan qalasının strateji əhəmiyyətini qeyd edərək, onu ələ keçirmək yollarını göstərir və qeyd edirdi ki, şəhərdəki barıt və digər hərbi sursat anbarı ermənilərin əlindədir. İ.Ori şəhərdə 300 nəfərdən artıq erməninin yaşadığını və həmin ermənilərlə sövdələşməklə onların qalanın qapısını rus qoşunların üzünə aça biləcəklərini, bununla da qəfil hücumla şəhərin ələ keçirilə biləcəyini göstərirdi. [228]
1722-ci ildə I Pyotrun Səfəvilər dövləti üzərinə yürüşə başlaması, Dərbəndi. Bakını, Rəşti ələ keçirməsi Osmanlı dövlətini qabaqlayıcı tədbirlər görməyə vadar edirdi. 1723-cü ildə Osmanlı qoşunları Tiflisi, bir il sonra isə böyük itkilər hesabına olsa da İrəvanı ələ keçirmişdi. Türk qoşunlarının komandanı Rəcəb paşa İrəvan qalasının divarlarını daha da möhkəmləndirmiş, qalanın içərisində məscid inşa etdirmişdi.
ir_070Təqribən 11 ildən sonra İrəvan qalasını Nadir şah osmanlılardan azad etmişdir. 1747-cildə Nadir şahın öldürülməsindən sonra İrəvan xanlığı müstəqillik qazanır. Xanlıqlar arasında ixtilaflar və çəkişmələr olsa da, İrəvan xanlığı əsasən öz müstəqilliyini qoruyub saxlaya bilmişdi.
XIX əsri əvvəllərində Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hərbi əməliyyatlara başlamışdı. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi. İrəvan qalasını ələ keçirməklə, Rusiya həm hərbi-strateji mövqe əldə edir, həm də İran və Türkiyə sərhədlərində möhkəmlənmiş olurdu. 1804-cü ildə rus qoşunlarının İrəvan xanlığına hücumu ərəfəsində İrəvan xanı Məhəmməd xan qalanı daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirmişdi. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki atəşə hazır topların sayı isə 22-yə çatdırılmış və xeyli ərzaq ehtiyatı tədarük edilmişdi. İrəvan qalasını uzun müddət mühasirədə saxlamaq cəhdləri bir nəticə verməmiş, həmin ilin payızında rus ordusunun baş komandanı general Pavel Sisianov daha böyük tələfatla üzləşməmək üçün qalanın mühasirəsindən əl çəkmiş və qoşunla birgə Tiflisə qayıtmışdı.
1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan əsas vəzifələrdən biri İrəvan xanlığının işğal edilməsi idi. İrəvan xanı Hüseynqulu xan Qacar İrəvan qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə daha da möhkəmləndirilməsinə nail olmuşdu. İrəvan qalasında toptökmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi. İ.Qudoviç yazırdı ki, İrəvan qalası bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır. [229]
Rus qoşunlarının İrəvan qalası üzərinə ikinci hücumu 1808-ci il sentyabrında baş tutmuşddu. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirmiş, sonra isə İrəvan ətrafında düşərgə qurmuşdular. Lakin bu dəfə də rus qoşunları İrəvan qalasını ələ keçirə bilməmişdilər. Nəhayət, 1827-ci ilin sentyabrın 15-də rus qoşunları uzun surən mühasirədən sonra Sərdarabad qalasını ələ keçirirlər. Bundan sonra bütün qüvvələr İvan Paskeviçin komandanlığı altında İrəvan qalasına yönəlmişdi. Hüseynqulu xan qardaşı Həsən xanla birlikdə İrəvan qalasını daha da möhkəmləndirmək üçün əvvəlcədən ciddi tədbirlərə əl atmışdılar. Qala ətrafındakı istehkam qurğuları təkmilləşdirilmiş, qaladan tüfəng atəşi məsafəsində olan bütün tikililər məhv edilmiş, qalanın ətrafını daha yaxşı müşahidə etmək üçün torpaq istehkam xeyli ucaldılmış, xanın hərəmxanasına məxsus olan və qala ilə şəhər arasında yerləşən bağın ağacları tamamilə kəsilmişdi ki, ətrafı daha yaxşı müşahidə etmək mümkün olsun. [230]
Qalanın divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf bölgələrdən 18 min nəfər köçrülərək qalada yerləşdirilmiş, onların bir neçə aylıq ərzaq təminatı məsələsi həll edilimişdi.[231]
1827-ci il oktyabrın1-də rus qoşunları əvvəlcə qalanın cənub-qərb qülləsini ələ keçirmiş, sonra isə qalanın şimal darvazasını (Şirvan darvazası) sındıraraq qalaya daxil olmuşdu. Qalanı işğalından sonra İ.Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırdı ki, İmperatorun bayrağı artıq İrəvan qalasının divarlarında dalğalanır, çox məşhur qalanın açarları onun əlindədir, bütün qarnizon əsir götürülmüşdür, 37 top, 2 qaubisa (qısalüləli ağır top), 9 mortir (qısalüləli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ keçirilmişdir. [232]
“Alınmaz qala” adlandırılan İrəvan qalasının rus qoşunlarının fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı başa çatdırıldı. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik etmiş, qalanın zəif müdafiə olunan yerlərini onlara nişan vermiş, casusluq fəaliyyəti göstərmişdilər.
İrəvan qalasının alınmasındakı xidmələrinə görə İ.Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.
ir_374-aİrəvan qalasının alınması xəbəri Rusiya Imperatoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Qalanın süqutundan sonra İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqa şəhərində olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı. Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdi. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi. [233]
Qalanın işğalından dərhal sonra, ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər. İrəvan xanlığının süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşmışdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini orada qəbul etmişdi.
ir_416Rus qoşunlarının İrəvan qalası üzərinə hücumunu müşahidə edən rəssam akademik V.Moşkov qalanın şimal-qərb istiqamətindən qoşunalrın artilleriya hücumunu təsvir edən “Hücumla İrəvan qalasının alınması” adlandırdığı rəsm əsəri hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır.
Digər rus rəssamı və batalisti, akademik Frans Rubo İrəvan qalasının alınması mənzərəsini təsvir etmişdir. Bu əsər isə hazırda Ermənistan tarix muzeyində saxlanılır.
İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən çertyojunda göstərilən miqyasa əsasən aparılan hesablamalardan bəlli olur ki, uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı isə Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı.
ir_417Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. İrəvan şəhərinin qara günləri başlandı.
Qalanın işğalından dərhal sonra, ilk olaraq Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən 1725-ci ildə inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə ir_371zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər. İrəvan xanlığının süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının axırıncı istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşmışdı.
İşğaldan sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi. 50-ci illərdə qalanın içərisində müxtəlif tikinti işləri aparılmış və təmir-bərpa işləri görülmüşdü. Qalada rus hərbi hissələri və onlarla top saxlanılırdı. İrəvan qalası 1864-cü il martın 12-dək hərbi –istehkam qalası statusunu saxlamışdır. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarının, qüllələrinin daşlarını ətrafda yaşan sakinlər söküb aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır. [234] 
ir_3381865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdi.
İrəvan qalasının və onun içərisində olan tarixi-memarlıq abidələrinin sökülüb dağıdlılması prosesi XIX əsrin sonu, XX əsrin əvvəllərində Türkiyə ərazisində erməni üsyanlarının yatırılmasından sonra Cənubi Qafqaza axışıb gələn erməni qaçqınlarının böyük bir qisminin İrəvan şəhərində məskunlaşmalarından sonra daha da sürətlənmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə şəhərin baş planı təsdiq edilmişdir. Əksər tədqiqatçıların təsdiq etdikləri kimi, Aleksandr Tamanyanın rəhbərliyi altında hazırlanan həmin baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-cı ildə İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdir. İkinci Dünya müharibəsi dövrünə aid şəkillərdə İrəvan qalasının divarlarının müəyyən hissəsinin hələ də mövcud olduğu görünür. Lakin sonralar qala divarları tamamilə sökülmüş və hazırda ondan əsər-əlamət qalmamışdır.
İrəvan qalasının həmyaşıdları – Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq ir_375-averirlər. İrəvanda isə orta əsr memarlığından soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, İrəvan şəhərində yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə qalmamışdır. Hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işğalından sonra ələ keçirildiyi iddia edilən “İrəvan qalasının açarı” da nümayiş etdirilir.
ir_250Son illərdə Ermənistan rəhbərləri “İrəvan qalası” adı altında yeni layihə həyata keçirmək fikrinə düşüblər. Bu məsələdə erməni rəsmiləri üç əsas məqsəd güdürlər. Birincisi, xaricdən gələn qonaqlara “qədim İrəvandan” kiçik bir nümunə göstərmək imkanı əldə edir, ikincisi, ermənilərin Şərq mədəniyyətinə, müsəlmanların irsinə tolerant münasibət göstərdiklərini nümayiş etdirmək şansı qazanır, üçüncüsü isə yeni “İrəvan qalası”nda XVII-XVIII əsrlər memarlığı üslubunda inşa edilməsi nəzərdə tutulan “Sədar sarayı”ndan, ticarət obyektlərindən, bazarlardan karvansaralardan, Şərq hamamlarından və s. külli miqdarda gəlir əldə etmək istəyirlər. Şəhər ətrafında – keçmişdə Yenikənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları yaşayış massivində 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Moskva şəhərinin keçmiş ir_372-ameri Yuri Lujkovun İrəvana 2010-cu ilin yanvarındakı səfəri zamanı erməni rəsmiləri onu şirnikləndirərək “İrəvan qalası” layihəsinin maliyyələşdirilməsi məsələsini merin və onun biznes ortaqlarının üzərinə qoymaq üçün onun razılığını almışdılar. Lakin Y.Lujkov Moskvanın meri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “İrəvan qalası” layihəsinin icrası yeni sponsor tapılanadək təxirə salınıb.
İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında vaxtilə mövcud olmuş, lakin “mədəni” ermənilərin terroruna məruz qoyularaq yer üzündən silinən yüzlərlə tarixi-memarlıq abidələrindən biridir.
İrəvan qalasında mövcud olmuş Xan sarayı kompleksi, və məscidlər haqqında ayrıca material verdiyimiz üçün bu yazıda yalnız İrəvan qalasının tarixi aqibəti haqqında söhbət açdıq.